Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai
Birliyinin (RİİB) elan etdiyi “Sosial layihələr” müsabiqəsinin
qaliblərindən olan “Doğma jest dili” layihəsi çərçivəsində “NAR”ın
maliyyə dəstəyi ilə veb-sayt hazırlanacaq. Belə ki, veb səhifədə
jestlərin şəkilləri, videoları, eyni zamanda, jestlərin göstərilməsi ilə
bağlı izahedici mətnlər yerləşdiriləcək. Veb-saytın üstünlükləri
insanlar üçün daha əlçatan olması və sözlərin asanlıqla axtarışını
aparmağa imkan verməsidir. Lüğətdə 3000-ə yaxın sözün jest dilində
tərcüməsi göstəriləcək. Qeyd edək ki, “Doğma jest dili” lüğətinin
elektron variantı eşitmə və nitq məhdudiyyəti olanlar və onların
yaxınları, eyni zamanda bu qrup insanlarla işləyən surdotərcüməçi,
surdoloq, müəllim və loqopedlər üçün əvəzedilməz vasait olacaq. Bundan
başqa, saytın mobil versiyası da hazırlanacaqdır.
“Karlara Dəstək” İB-nin sədri Kamran Abasovun sözlərinə görə jest
lüğətinin elmi-metodik cəhətdən düzgünlüyünü təmin etmək məqsədilə bir
neçə qurumun mütəxəssislərindən ibarət işçi qrup yaradılıb. “Doğma jest
dili” lüğətinin elektron formada olması ilə eşitmə məhdudiyyəti olan
uşaqların valideynləri və onların yaxınları daha çox söz toplusu əldə
edə biləcək və ünsiyyət zamanı çətinlikdən uzaq olacaqlar.
Xatırladaq ki, “Karlara Dəstək” İctimai Birliyi tərəfindən müsabiqəyə
təqdim edilən “Doğma jest dili” layihəsinin əsas məqsədi eşitmə və
nitq qabiliyyəti məhdud olan insanların əmək fəaliyyəti ilə məşğul olmaq
qabiliyyətinin artırılması və ətrafdakı insanlarla ünsiyyətin təşkil
olunmasını nəzərdə tutan jest dili lüğətinin hazırlanmasıdır. Qeyd edək
ki, “Nar” bundan əvvəl eşitmə və nitq məhdudiyyəti olan insanların
müxtəlif peşələrə yiyələnməsi üçün paytaxtda və regionlarda “Təlim
məktəbi” təşkil edib, eyni zamanda, işarət dilində olan sözlərin
jestlərlə izahını verən “Səssiz dünyaya körpü” adlı kitabı nəşr etdirib.
05.03.2021
https://www.nar.az/
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) elan etdiyi “Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Doğma jest dili” layihəsi çərçivəsində “NAR”ın maliyyə dəstəyi ilə veb-sayt hazırlanacaq. Belə ki, veb səhifədə jestlərin şəkilləri, videoları, eyni zamanda, jestlərin göstərilməsi ilə bağlı izahedici mətnlər yerləşdiriləcək. Veb-saytın üstünlükləri insanlar üçün daha əlçatan olması və sözlərin asanlıqla axtarışını aparmağa imkan verməsidir. Lüğətdə 3000-ə yaxın sözün jest dilində tərcüməsi göstəriləcək. Qeyd edək ki, “Doğma jest dili” lüğətinin elektron variantı eşitmə və nitq məhdudiyyəti olanlar və onların yaxınları, eyni zamanda bu qrup insanlarla işləyən surdotərcüməçi, surdoloq, müəllim və loqopedlər üçün əvəzedilməz vasait olacaq. Bundan başqa, saytın mobil versiyası da hazırlanacaqdır.
“Karlara Dəstək” İB-nin sədri Kamran Abasovun sözlərinə görə jest lüğətinin elmi-metodik cəhətdən düzgünlüyünü təmin etmək məqsədilə bir neçə qurumun mütəxəssislərindən ibarət işçi qrup yaradılıb. “Doğma jest dili” lüğətinin elektron formada olması ilə eşitmə məhdudiyyəti olan uşaqların valideynləri və onların yaxınları daha çox söz toplusu əldə edə biləcək və ünsiyyət zamanı çətinlikdən uzaq olacaqlar.