Email: info@jestdili.az
  • AZ

  • RU

JEST DİLİ

  • Ana səhifə
    • Haqqımızda
      • Layihə haqqında
      • F.A.Q
      • Müəllif hüquqları
  • Lüğət
  • Xəbərlər
  • Qeydiyyat
  • Əlaqə

"Sosial layihələr" müsabiqəsi çərçivəsində Azərbaycanda jest dili lüğəti yaradılacaq





Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində qalib elan edilən “Doğma jest dili” layihəsinin icrasına başlanılıb.

RİİB-dən verilən məlumata görə, “Karlara dəstək” İctimai Birliyi tərəfindən müsabiqəyə təqdim edilən “Doğma jest dili” layihəsinin əsas məqsədi eşitmə və nitq qabiliyyəti məhdud olan insanların əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətinin artırılması və ətrafdakı insanlarla ünsiyyətin təşkil olunmasını nəzərdə tutan jest dili lüğətinin hazırlanmasıdır.

Müəyyən söz toplusunun əks olunacağı lüğət eşitmə və nitq məhdudiyyəti olan insanlar üçün sözləri Azərbaycan jest dilində olan müvafiq jestlərlə izah edəcək və həmin şəxslərin ünsiyyət zamanı qarşılaşdığı çətinlikləri aradan qaldıracaq.

Sözlərin fotolarla izahını verməklə yanaşı, jestləri təsvir edən mətnlərdən ibarət veb-sayt və mobil tətbiqin hazırlanması da nəzərdə tutulur.

Bu layihə, eyni zamanda, eşitmə və nitq qabiliyyəti məhdud olan insanların yaxınları və onlarla işləyən surdotərcüməçi, surdoloq, müəllim və loqopedlərin istifadəsi üçün faydalı ləvazimat olacaq.

Xatırladaq ki, “Sosial layihələr” müsabiqəsi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və hədəflərə nail olmaq, vətəndaş cəmiyyətinin inkişafı və təşəbbüskarlıq mühitinin formalaşdırılması məqsədi ilə cəmiyyət üzvlərinin fiziki, sosial, intellektual və mənəvi inkişafının təmin edilməsinə, habelə həyat və sağlamlığının qorunmasına dair təşəbbüsləri; elm və təhsilin inkişafına, innovativ ideyaların reallaşdırılmasına və maarifləndirmə işinin təkmilləşdirilməsinə dair təşəbbüsləri; təbiət və ətraf mühitin mühafizəsinə dair təşəbbüsləri; cəmiyyətdə tolerant və inklüziv mühitin qorunmasına, bu sahədə bərabər imkanların yaradılmasına dair təşəbbüsləri və digər sosial layihələri əhatə edir.

16 dekabr 2019 

https://riib.az/








Ana səhifə Lüğət Əlaqə

© 2021 - Azərbaycan jest dili lüğəti