Jestin təsviri:
Sağ əlin baş barmağı açıq və yuxarı, digər barmaqlar yumruğa bükülü vəziyyətdə alnın ortasından üzü dairəvi hərəkətlə göstərmək. Sonra hər iki əl sinə səviyyəsində dirsəkdən bükülür, əllər yuxarıya doğru çevrilir və barmaqlar birləşib baş barmağa yapışmış vəziyyətdə 2-3 dəfə aşağı-yuxarı hərəkət edir. Üzdə razılıq ifadəsi var.