Jestin təsviri:
Sağ əlin içi sola doğru, şəhadət, orta, adsız, çeçələ barmaqları bitişik, baş barmaq aralı olmaqla alının orta hissəsinə toxundurulur. Sol əlin baş barmağı aralı, digərləri yuxarı və bitişik olmaqla sol tərəfdə tutulur. Sağ əlin baş barmağı aralı, şəhadət, orta, adsız, çeçələ arxaya tərəf bitişik tutularaq sol əlin aşağı hissəsindən yuxarı aparılır.