Jestin təsviri:
Hər iki əlin içi yuxarı olmaqla adsız və çeçələ barmaqları bağlı, baş barmaq orta və şəhadətə birləşik tutularaq növbəli şəkildə aşağı və yuxarı aparılır. Sağ əlin içi yuxarı, biləyi önə doğru olmaqla orta, adsız, çeçələ barmaqları bağlı, baş və şəhadətin ucları birləşdirilərək sağ çiyinin önündə tutulur və irəli vurularaq açılır.