Jestin təsviri:
Sol əlin üstü yuxarı, barmaqları önə doğru, aralı, baş barmaq aşağı tutulur. Sağ əlin içi sola doğru, baş və orta barmaqları çevrə şəklində bağlı, şəhadət, adsız, çeçələ açıq tutulur, bilək hissədən sol əlin baş barmaq tərəfdən üstünə vurularaq sinənin sol tərəfinə aparılır. Sağ əl yuxarıda olmaqla yalnız baş barmaq açıq tutulur və üç dəfə sol əlin içinə vurulur.