Jestin təsviri:
Sol əlin içi sağa doğru, barmaqları açıq, aralı, yuxarı olmaqla sinənin önündə tutulur. Sağ əlin baş barmağı aralı, digərləri açıq və aralı olmaqla sol əlin içinə sürtülərək aşağı aparılır. Sağ əlin üstü önə doğru, orta, adsız, çeçələ barmaqları açıq, aralı, sola doğru, baş və şəhadət çevrə şəklində bağlı olmaqla dodaqların altından irəli vurulur.