Jestin təsviri:
Hər iki əlin orta, adsız, çeçələ barmaqları bağlı, baş və şəhadət aralı və düz olmaqla sol tərəfdə üz-üzə tutulur. İrəliyə doğru aparılaraq baş və şəhadət barmaqların ucları vurularaq bağlanılır. Sol əlin içi yuxarı, barmaqları önə doğru olmaqla sol tərəfdə tutulur. Sağ əlin barmaqları açıq və aralı olmaqla orta barmaq sol əlin içində tutulur və üç dəfə önə doğru vurularaq irəli aparılır.