Jestin təsviri:
Hər iki əlin barmaqları bitişik, aşağı, baş barmaqlar aralı olmaqla sinənin önündə yarımçevrə şəklində yan-yana tutulur. Əllər bir-birindən aralanaraq baş və şəhadət barmaqları önə doğru tutulur və hər iki əl arxaya tərəf aparılır. Sağ əlin içi sola doğru, barmaqları bitişik olmaqla sağ tərəfdə – yuxarıda tutulur və iki dəfə irəli çevrilərək aşağı vurulur.