Jestin təsviri:
Sağ əlin üstü önə doğru, yalnız şəhadət barmağı açıq olmaqla yuxarıya doğru tutulur. Şəhadət və orta barmaqlar açıq, aralı, digərləri bağlı olmaqla aşağıya doğru vurulur. Sağ əl üstdə, sol əl altda olmaqla hər iki əlin içi üz-üzə və aralı, yalnız şəhadət barmaqları açıq və önə doğru sinənin qarşısında tutulur və irəli vurulur.