Jestin təsviri:
Sol əlin içi sağa doğru, baş, adsız, çeçələ barmaqları bağlı, şəhadət və orta bitişik şəkildə sol tərəfdə tutulur. Sağ əlin üstü önə doğru, baş, adsız, çeçələ barmaqları bağlı, şəhadət və orta bitişik şəkildə tutularaq iki dəfə sol əlin şəhadət barmağına vurulur. Əllərin içi üz-üzə, açıq, aşağıda bir-birindən aralı olmaqla dairəvi şəkildə önə doğru aparılır və barmaqlar üz-üzə tutulur.