Jestin təsviri:
Hər iki əlin orta, adsız, çeçələ barmaqları bağlı, baş və şəhadətin ucları birləşərək yan-yana tutulur. Sağ əlin baş və şəhadət barmaqları iki dəfə aşağı vurulur. Hər iki əlin baş barmaqları aralı, digərləri bitişik və yarıaçıq olmaqla sağ əl baş və şəhadət barmaqları tətəfdən sol gözə, sol əl sağ əlin arxasında aşağıya doğru tutulur və iki dəfə bir-birindən əks tərəfə çevrilir. Sol əlin içi yuxarı, baş barmağı aralı, digərləri bitişik, önə doğru tutulur. Sağ əlin içi aşağı, orta, adsız, çeçələ barmaqları bağlı, baş və şəhadət yarımçevrə şəklində sol əlin içinə vurulur. Əllər çevrilərək jest təkrarlanır.