Jestin təsviri:
Hər iki əlin içi önə doğru, baş barmaqları aşağıda, şəhadət, orta, adsız, çeçələ yuxarıda bitişik və yarıaçıq olmaqla bir-birinin yanında tutulur. Barmaqların ucları açılıb-bağlanılmaqla əllər bir-birindən aralanır. Hər iki əlin içi önə doğru, baş, adsız, çeçələ bağlı, şəhadət, orta yarıaçıq və aralı olmaqla sağ və sol tərəfdə tutulur, azca aşağı aparılır.