Jestin təsviri:
Sol əlin içi yuxarı, barmaqları aralı olmaqla sağ tərəfdə tutulur. Sağ əlin baş, adsız, çeçələ barmaqları çevrə şəklində bağlı, şəhadət, orta açıq və aralı olmaqla sol əlin içində tutulur. Sağ əlin içi aşağı, baş, adsız, çeçələ barmaqları çevrə şəklində bağlı, şəhadət, orta aralı, yarıaçıq olmaqla önə doğru tutulur, sol əlin şəhadət barmağı sağ əlin şəhadət barmağının oynaq hissəsinə üç dəfə vurulur.