Jestin təsviri:
Sağ əlin içi yuxarı olmaqla orta, adsız, çeçələ barmaqları bağlı, baş və şəhadət yarımçevrə şəklində çiyinin üstündə arxaya doğru tutulur. Sol əlin içi sağa doğru, orta, adsız, çeçələ barmaqları bağlı, baş və şəhadət yarımçevrə şəklində sinənin sol tərəfində olmaqla sol əl sinəyə, sağ isə irəliyə doğru çevrilir.