Jestin təsviri:
Hər iki əlin içi aşağı olmaqla baş, adsız, çeçələ barmaqları çevrə şəklində bağlı, şəhadət, orta düz, aralı olmaqla uc-uca tutulur və iki dəfə bir-birinə vurulur. Sağ və sol əlin içi aşağıya doğru, orta, adsız, çeçələ barmaqları açıq, aralı, baş və şəhadətin ucları düz, birləşik olmaqla aşağıya tərəf tutulur. Əllərin içi önə doğru çevrilərək azca yuxarı qaldırılır və aşağı endirilir.