Jestin təsviri:
Hər iki əlin baş barmaqları düz, bitişik, digərləri bağlı tutularaq sağ əl solun üstündə olmaqla çarpaz şəkildə geri və irəliyə doğru vurularaq sürtülür. Sağ əlin içi önə doğru, orta, adsız, çeçələ açıq, aralı və yuxarı, baş, şəhadət çevrə şəklində tutularaq sağ tərəfdə tutulur, yuxarıdan fırladılaraq sola doğru aparılır. Hər iki əlin baş barmaqları aralı, digərləri önə doğru bitişik olmaqla sinənin sağ tərəfində üz-üzə tutulur və aşağıya tərəf aparılır.