Jestin təsviri:
Hər iki əlin üstü önə doğru, baş, şəhadət, adsız, çeçələ barmaqları açıq, aralı, orta növbəli şəkildə sinənin sağ, sol və yenidən sağ tərəfinə aparılır. Sol əlin üstü önə doğru, baş barmağı bağlı, şəhadət, orta, adsız, çeçələ bitişik, sağa tərəf olmaqla sinənin qarşısında tutulur. Sağ əlin üstü önə doğru, baş barmağı yuxarı, şəhadət, orta, adsız, çeçələ bitişik, sola tərəf olmaqla iki dəfə şəhadət barmağı tərəfdən sol əlin üstünə vurulur.