Jestin təsviri:
Sol əlin içi sağa doğru, barmaqları düz, bitişik, yuxarı tutulur. Sağ əlin içi yuxarı olmaqla barmaqları sol əlin dirsəkdən yuxarı hissəsinə qoyulur. Sağ əl sinənin altında, sol əl solda – aşağıda olmaqla barmaqlar yumruq şəklində tutulur və iki dəfə çevrilərək aşağıya doğru vurulur. Sağ əlin üstü önə doğru, yalnız şəhadət barmağı açıq olmaqla sinənin solunda tutulur və çevrilərək yuxarı aparılır.