Jestin təsviri:
Hər iki əl düz, açıq, barmaqlar bitişik vəziyyətdədir. Sol əl sinə səviyyəsində ovucu yuxarı durur. Sağ əl baş barmağı açıq yuxarı şəkildə çiyin səviyyəsindən çarpaz olaraq sol ovucun içinə toxunub, irəli-geri hərəkət edir. Sonra baş barmaqla şəhadət barmağı yarımdairə şəkli alıb aşağı enir (bax: adam).