Jestin təsviri:
Sağ əlin şəhadət barmağı düz yuxarıya doğru açıq, digər barmaqlar çölə doğru olan ovuca bükülü vəziyyətdə, sinə səviyyəsində yuxarıya doğru tam açıq sol ovucun içinə 2 dəfə toxunur. Sonra sağ əlin baş, şəhadət və orta barmaqları bir-birinə bitişik, digər barmaqlar bükülü vəziyyətdə sol çiyindən aşağıya 2-3 dəfə hərəkət edir.