Jestin təsviri:
Sağ əlin üstü önə doğru, yalnız şəhadət barmağı açıq olmaqla dodaqların ətrafında fırladılır. Sol əlin üstü yuxarı, barmaqları aşağı və önə doğru olmaqla sinənin qarşısında tutulur. Sağ əlin içi önə doğru, adsız, çeçələ barmaqları bağlı, baş barmaq şəhadət və ortanın altında tutularaq biləyi iki dəfə sol əlin üstünə vurularaq irəli sürtülür.