Jestin təsviri:
Hər iki əlin içi və barmaqları bir-birinə bitişik, azca yuxarı olmaqla sinənin önündə tutulur, sağa və sola doğru açılır. Sol əlin içi sağa doğru, şəhadət barmağı açıq və yuxarı, digərləri bağlı olmaqla sol tərəfdə tutulur. Sağ əlin orta, adsız, çeçələ barmaqları bağlı, baş və şəhadət yarımçevrə şəklində tutularaq iki dəfə sol əlin şəhadət barmağına vurulur. Hər iki əlin üstü önə doğru, barmaqları aralı və düz, sağ əl solun üstündə tutularaq bir-birindən aşağıya tərəf aralanır.