Jestin təsviri:
Sağ əlin içi önə doğru, baş, şəhadət, orta barmaqları aralı və yuxarı, adsız, çeçələ yarıaçıq şəkildə sağ çiyinin qarşısında tutulur. Sol əlin üstü önə doğru, baş, şəhadət, orta barmaqları aralı və sağa tərəf, adsız, çeçələ yarıaçıq şəkildə sinənin önündə tutulur. Hər iki əl önə doğru çevrilir, barmaqları bağlanılaraq irəli vurulur.