Jestin təsviri:
Sol əlin içi sağa doğru, yalnız şəhadət barmağı açıq olmaqla önə tərəf tutulur. Sağ əlin orta, adsız, çeçələ barmaqları bağlı, baş və şəhadət yarımçevrə şəklində tutularaq sol əlin şəhadət barmağına iki dəfə vurulur. Sol əlin orta, adsız, çeçələ barmaqları açıq, aralı, önə doğru, sağ əlin orta, adsız, çeçələ barmaqları açıq, aralı, yuxarıya tərəf, hər iki əlin baş və şəhadəti çevrə şəklində birləşərək sol tərəfdə uc-uca tutulur, sağa aparılaraq çevrilir.