Jestin təsviri:
Sağ əlin içi önə doğru, baş, orta və adsız barmaqları çevrə şəklində bağlı, şəhadət və çeçələ yuxarıya tərəf düz tutularaq sağdan sola – yuxarıya doğru aparılır. Hər iki əlin içi üz-üzə, baş barmaqları aralı, digər barmaqlar yarıaçıq və bitişik tutularaq ucları bir-birinə üç dəfə vurulur.