Jestin təsviri:
Sağ əlin üstü önə doğru, baş, adsız, çeçələ barmaqları bağlı, şəhadət və orta yuxarı və bitişik şəkildə sağ tərəfdə – irəlidə tutulur və dalğalı şəkildə aşağı endirilir. Hər iki əlin üstü önə doğru, baş barmaqları aralı, şəhadət, orta, adsız, çeçələ yuxarı, bitişik və bir-birinə birləşik olmaqla sinənin qarşısında tutulur. Sağ əl irəliyə doğru yan-yana üç dəfə vurulur.