Jestin təsviri:
Hər iki əlin üstü önə, baş barmaqları yuxarı, çeçələ barmaqlar aşağıya doğru tutulur, şəhadət, orta, adsız bağlı olmaqla növbəli şəkildə aşağı və yuxarı aparılır. Hər iki əlin içi aşağı, orta, adsız, çeçələ barmaqları bağlı, baş və şəhadət barmaqların ucları birləşdirilərək bir-birinin yanında tutulur. Sağ əlin səhadət və baş barmaqları iki dəfə aşağıya doğru vurulur. Hər iki əlin içi önə doğru, baş, adsız, çeçələ barmaqları bağlı, şəhadət, orta yarıaçıq və aralı şəkildə tutularaq bir-birinə tərəf iki dəfə fırladılır.