Jestin təsviri:
Sol əlin içi yuxarı, baş barmağı aralı, digərləri bitişik tutulur. Sağ əlin içi aşağı, şəhadət, orta, adsız, çeçələ barmaqları bağlı, baş barmaq düz və aşağıya doğru tutularaq sol əlin içinə vurulur. Hər iki əlin içi üz-üzə, baş, orta, adsız, çeçələ barmaqları çevrə şəklində bağlı, şəhadət düz və bir-birinə tərəf tutularaq növbəli şəkildə irəli və geri aparılır. Sağ və sol əlin yalnız baş barmaqları açıq olmaqla sinənin qarşısında uc-uca tutulur, qarının sağ və sol tərəfinə aparılaraq aşağı çevrilir.