Jestin təsviri:
Sol əlin içi sağa doğru, barmaqları aralı və önə tərəf tutulur. Sağ əlin şəhadət, adsız, çeçələ barmaqları aralı və önə doğru, orta barmağın dırnağı baş barmağın yumşaq hissəsində çevrə şəklində tutulur və sol əlin içinə vurularaq açılır. Sağ əlin üstü önə doğru, yalnız şəhadət barmağı açıq və yuxarı olmaqla sağ tərəfdə tutulur və sola doğru fırladılır.