Jestin təsviri:
Sol əlin orta, adsız, çeçələ barmaqları bağlı, baş barmaq aşağıda, şəhadət yuxarıda olmaqla bir-birindən aralı və sağa tərəf tutulur. Sağ əlin baş barmağı şəhadətin orta hissəsində olmaqla barmaqlar bükülür və sol əlin qarşısında aralı tutularaq önə doğru fırladılır. Hər iki əlin içi önə tərəf, baş və çeçələ barmaqları aralı, şəhadət, orta, adsız bitişik, yuxarı olmaqla sağ və sol tərəfdə tutulur, növbəli şəkildə iki dəfə irəli və geriyə doğru aparılır.