Jestin təsviri:
Sol əlin içi sağa, baş barmağı aralı, digərləri bitişik, yuxarı olmaqla sol tərəfdə tutulur. Sağ əl ortadan azca qatlanaraq baş barmaq bağlı, şəhadət, orta, adsız, çeçələ bitişik olmaqla sol əlin barmaqlarına və aşağı hissəsinə vurulur. Hər iki əlin baş barmaqları yuxarı, şəhadət, orta, adsız, çeçələ bitişik, önə tərəf olmaqla qarın səviyyəsində sol tərəfdə üz-üzə tutulur. Əllər üç dəfə yan-yana aşağı vurularaq sağa aparılır.