Jestin təsviri:
Sol əlin içi yuxarı, baş barmağı aralı, şəhadət, orta, adsız, çeçələ önə doğru bitişik tutulur. Sağ əlin baş barmağı şəhadət və ortanın altında olmaqla barmaqlar bitişik tutulur, iki dəfə vurularaq önə doğru sol əlin içinə sürtülür. Sağ əlin içi önə, barmaqları sağa doğru olmaqla orta, adsız, çeçələ bağlı, baş və şəhadət yarımçevrə şəklində yuxarıdan aşağı endirilir.