Jestin təsviri:
Sağ əlin barmaqları düz, aralı, sola tərəf, biləyi yuxarı qabardılaraq sinənin orta hissəsində tutulur. Əlin üstü önə doğru, barmaqların ucları arxaya tərəf birləşərək sağ tərəfə aparılır. Sol əlin içi yuxarı, baş barmağı aralı, digərləri sinənin önündə irəliyə tərəf tutulur. Sağ əlin baş, adsız, çeçələ barmaqları bağlı, şəhadət və orta aralı və düz tutularaq sol əlin içinə vurulur.