Jestin təsviri:
Sol əlin içi yuxarı, baş barmağı aralı, önə doğru, digərləri sağa tərəf olmaqla sol tərəfdə tutulur. Sağ əlin orta, adsız, çeçələ barmaqları bağlı, baş və şəhadət yarımçevrə şəklində sinəyə tərəf olmaqla sol əlin içində tutulur. Əllər çevrilərək sol əlin içi sağa, barmaqları önə doğru, sağ əlin orta, adsız, çeçələ barmaqları bağlı, baş və şəhadət yarımçevrə şəklində yuxarıya tərəf olmaqla sol əlin içinə vurulur.