Jestin təsviri:
Sol əlin üstü önə doğru, baş barmağı şəhadətin yan üstündə, digərləri bağlı, sağa tərəf olmaqla aşağıda tutulur. Sağ əlin üstü önə doğru, baş barmağı şəhadətin yan üstündə, digərləri bağlı, aşağı olmaqla sol əlin üstündə tutulur və sinənin önünə qaldırılır. Hər iki əlin üstü önə doğru, şəhadət, orta, adsız barmaqları bağlı, baş və çeçələ açıq, aralı və düz tutularaq kənardan – sağ və sol qolun yuxarı hissəsindən qaldırılaraq sinənin önünə aparılır və üz-üzə tutulur.