Jestin təsviri:
Sol əlin içi yuxarı, baş barmağı aralı, digərləri bitişik, irəli olmaqla sinənin qarşısında tutulur. Sağ əlin içi aşağı, baş, şəhadət, adsız, çeçələ barmaqları aralı, orta aşağı tutulur, sol əlin ətrafında fırladılaraq içinə vurulur. Hər iki əlin baş, orta, adsız, çeçələ barmaqları bağlı, şəhadət yarıaçıq olmaqla sağ əlin şəhadət barmağının üstü iki dəfə sinəyə tərəf sol əlin şəhadət barmağının üstünə sürtülür.