Jestin təsviri:
Hər iki əlin içi önə doğru, orta, adsız, çeçələ barmaqları bağlı, baş və şəhadət yarımçevrə şəklində kənardan gətirilərək sinənin önündə iki dəfə bir-birinə tərəf aparılır. Sol əlin içi yuxarı, baş barmağı aralı, digərləri bitişik, önə doğru olmaqla sinənin qarşısında tutulur. Sağ əlin baş barmağı şəhadət və ortanın altında olmaqla barmaqlar bitişik, üstü önə tərəf tutulur, iki dəfə irəliyə doğru sol əlin içinə sürtülür.