Jestin təsviri:
Hər iki əlin baş və çeçələ barmaqları aralı, şəhadət, orta, adsız qarının qarşısında bitişik olmaqla önə doğru yan-yana tutulur və iki dəfə aşağı vurulur. Sol əlin içi sağa, baş, çeçələ barmaqları aralı, digərləri önə doğru bitişik olmaqla sol tərəfdə tutulur. Sağ əlin orta, adsız, çeçələ barmaqları bağlı, baş və şəhadət yarımçevrə şəklində sinəyə tərəf olmaqla sol əlin içinə vurulur. Sol əlin barmaqları yuxarı, sağ əlin üstü önə doğru çevrilərək baş və şəhadət barmaqları yarımçevrə şəklində sol əlin içində tutulur.