Jestin təsviri:
Sağ əlin üstü önə doğru, baş və çeçələ barmaqları bağlı, şəhadət, orta, adsız aralı, sola tərəf olmaqla sinənin sağ tərəfində tutulur və çevrilərək azca aşağı endirilir. Hər iki əlin üstü önə doğru, baş barmaqları yuxarı, şəhadət, orta, adsız, çeçələ bitişik olmaqla sinənin sağ və sol tərəfinə qoyulur və əllərin içi yuxarı, barmaqları üz-üzə tutularaq cəld qarının önünə vurulur.