Jestin təsviri:
Hər iki əlin içi önə doğru, baş və orta barmaqları çevrə şəklində bağlı, şəhadət, adsız, çeçələ aralı və yuxarı tutularaq alının sağ və sol tərəfinə qoyulur. Barmaqlar açılaraq sağa və sola doğru aparılır. Sağ və sol əlin baş barmaqları şəhadətin orta hissəsində tutularaq əllər bükülür, sağ əl sol əlin arxasında olmaqla dodaqlara yaxınlaşdırılır, çevrilərək önə doğru vurulur.