Jestin təsviri:
Hər iki əlin baş, orta, adsız barmaqları çevrə şəklində bağlı, şəhadət və çeçələ açıq, sol tərəfdə üz-üzə tutularaq bir-birindən aralanır. Sağ və sol əlin orta, adsız, çeçələ barmaqları aralı, önə doğru, baş və şəhadət aşağıya tərəf düz tutularaq ucları birləşdirilir. Hər iki əlin içi önə doğru çevrilərək sinənin qarşısına aparılır.