Jestin təsviri:
Sağ əlin üstü önə doğru, yalnız şəhadət barmağı açıq olmaqla sağ gözün altına vurulur. Sol əlin içi yuxarı, baş barmağı aralı, şəhadət, orta, adsız, çeçələ bitişik, önə doğru tutulur. Sağ əlin içi sola doğru, baş, adsız, çeçələ barmaqları çevrə şəklində birləşik, şəhadət və orta bitişik tutularaq iki dəfə sol əlin içinə vurulur.