Jestin təsviri:
Hər iki əlin içi yuxarı, baş, çeçələ barmaqları çevrə şəklində bağlı, şəhadət, orta, adsız aralı olmaqla sol tərəfdə tutulur və iki dəfə irəli vurulur. Sağ və sol əl ortadan qatlanaraq baş barmaqları yuxarı, digərləri bitişik şəkildə çənənin önündə üz-üzə və uc-uca tutulur. Yuxarıya doğru açılaraq bir-birindən aralanır və aşağı aparılır.