Jestin təsviri:
Sol əlin baş barmağı aşağı, şəhadət, orta, adsız, çeçələ barmaqları bitişik olmaqla sağ tərəfdə tutulur. Sağ əlin baş barmağı sola, şəhadət, orta, adsız, çeçələ aralı, aşağıya doğru olmaqla qol sol əlin şəhadət barmağının üstünə qoyulur, barmaqlar əsdirilir. Hər iki əlin şəhadət, orta, adsız, çeçələ barmaqları bitişik, aşağıya tərəf, baş barmaqlar şəhadətin arxasında aralı tutulur və əllər bir-birinə birləşdirilir. Sağ və sol əl bir-birindən aralanır. Hər iki əlin içi önə tərəf, baş, adsız, çeçələ barmaqları bağlı, şəhadət və orta aralı, yarıaçıq tutularaq aşağı aparılır.