Jestin təsviri:
Sol əl ovuc aşağı olmaqla irəliyə doğru sinə səviyyəsinə qalxır. Sağ əl, şəhadət və orta barmaqları baş barmağa bükülərək birləşir, qalan barmaqlar ovuca bükülü vəziyyətdə sinə səviyyəsinə qalxır və sağ əl sol əlin üstünə toxunaraq irəli-geri hərəkət edir. Sonra hər iki qol sinənin qarşısına üst-üstə qatlanır.