Jestin təsviri:
Sol əlin içi və baş barmağı aşağı, digərləri bitişik və sola doğru tutulur. Sağ əlin içi sola doğru, baş barmağı yuxarı, digərləri bitişik olmaqla sol əlin barmaqlarının üstündən irəli aparılır. Hər iki əlin içi aşağı, baş, adsız, çeçələ barmaqları çevrə şəklində bağlı, şəhadət və orta aralı, yarıçıq olmaqla sinənin önündə yan-yana tutulur, sağ əlin şəhadət barmağı buruna toxundurularaq iki dəfə bir-birinə tərəf fırladırılır.