Jestin təsviri:
Sağ əlin içi önə doğru, baş barmağı aşağıda, digərləri yuxarıda yarıaçıq olmaqla barmaqlar yarımçevrə şəklində sağ tərəfdə tutulur. Baş və çeçələ barmaqlar çevrə şəklində birləşik, şəhadət və adsız aşağıda, orta yuxarıda olmaqla önə doğru tutulur. Sağ əl sola – aşağıya tərəf aparılır, hər iki əlin baş barmaqları şəhadətin orta hissəsində olmaqla əllər bükülür, şəhadət barmaqları uc-uca tutularaq sağ əl sol qolun dirsəkdən yuxarı hissəsinə, sol qol kənara tam açılaraq əllər bir-birindən aralanır.