Jestin təsviri:
Hər iki əlin içi önə doğru, adsız, çeçələ barmaqları yarıaçıq, baş, şəhadət, orta aralı, yuxarı olmaqla sağ və sol tərəfdə tutulur. Əllər bir-birinə tərəf çevrilərək içi yuxarı, baş barmaqlar şəhadət və ortaya birləşik olmaqla bütün barmaqlar düz və bitişik tutulur. Sağ əlin içi yuxarı olmaqla barmaqları yumruq şəklində tutulur, üstü sol əlin içinə vurularaq azca qaldırılır.