Jestin təsviri:
Sol əlin içi sağa, barmaqları aralı, önə doğru olmaqla sol tərəfdə tutulur, sağ əlin yalnız şəhadət barmağı açıq olmaqla sol əlin içinə vurulur. Sağ əlin baş və şəhadət barmaqları yarımçevrə şəklində, orta, adsız, çeçələ açıq, bitişik olmaqla arxası sol əlin içinə yaxınlaşdırılır. Hər iki əl ortadan düz qatlanaraq barmaqları yarıaçıq, baş barmaqlar şəhadətin altında olmaqla üç dəfə irəli vurularaq yuxarıdan aşağıya doğru endirilir.